loader

Məxfilik siyasəti

1. Ümumi müddəalar

Bu Məxfilik siyasəti (bundan sonra — “Siyasət”) “BEAT MEDİA” MMC-nin (bundan sonra — “Şirkət”) rəsmi sənədidir və https://musicaz.online domen adında ((bundan sonra – “Sayt”) yerləşən portalın servislərindən, məlumatlarından, xidmətlərindən, proqramlarından (o cümlədən loyallıq proqramlarından) və məhsullarından istifadə edən fiziki şəxslərin (bundan sonra – “İstifadəçilər”) təqdim etdiyi məlumatların emalı və qorunması qaydasını müəyyən edir.

Məxfiliyə riayət edilməsi Şirkət üçün vacibdir, çünki bu Siyasətin məqsədi məlumatların icazəsiz istifadə edilməsindən və açıqlanmadan qorunmasının təmin edilməsindən ibarətdir.

İstifadəçilərin təqdim etdiyi məlumatların və informasiyanın emal edilməsi ilə bağlı münasibətlər bu Siyasət, Şirkətin digər rəsmi sənədləri və qüvvədə olan qanunvericilik ilə tənzimlənir.

İstifadəçilərin təqdim etdiyi məlumatların emal edilməsi Şirkət tərəfindən qanuni və ədalətli əsaslarla və vicdanla hərəkət edilməklə və aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

- məlumatların emal edilməsi məqsədlərinin və üsullarının qanuniliyi;

- vicdanlılıq;

- məlumatların emalı məqsədlərinin əvvəlcədən müəyyən edilmiş və bəyan edilmiş məqsədlərə, eləcə də Şirkətin səlahiyyətlərinə uyğunluğu;

- emal edilən məlumatların həcminin və xarakterinin, məlumatların emal edilməsi üsullarının məlumatların emal edilməsi məqsədlərinə uyğunluğu.

Bu Siyasət istər İnternet vasitəsilə, istərsə də ondan istifadə etmədən dünyanın istənilən yerində olan şəxslərdən istər aktiv, istərsə də passiv vasitələrlə yığılan şəxsi, fərdi məlumatların emal edilməsinə şamil edilir. Şirkət yalnız İstifadəçilər tərəfindən təqdim edilən məlumatlardan hazırkı Siyasətə uyğun istifadə edir.

.

2. İstifadəçilər tərəfindən məlumatların təqdim edilməsi

İstifadəçilərin təqdim etdiyi məlumatların emal edilməsinin məqsədi Saytın və onun xidmətlərinin istifadəsi ilə bağlı Şirkətin istifadəçilər qarşısında öhdəliklərinin yerinə yetirilməsindən ibarətdir.

İstifadəçilərin təqdim etdiyi məlumatların emal edilməsi, o cümlədən bu Siyasətdə müəyyən edilən hallarda üçüncü şəxslərə açıqlanması bu məlumatları təqdim edən İstifadəçilərin razılığı ilə həyata keçirilir və məlumatların təqdim edilməsi və Saytdan istifadə edilməsi İstifadəçilərin razılığı hesab edilir.



Biz aşağıdakılar da daxil olmaqla, müxtəlif məlumatları/informasiyanı toplaya bilərik:

- ad və soyad,

- telefon nömrəsi;

- elektron poçt ünvanı;

Məlumatlar həmçinin Şirkətin sorğusuna əsasən Şirkətin xidmətlərin göstərilməsi üçün İstifadəçilər qarşısında müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi məqsədilə İstifadəçilər tərəfindən əlavə olaraq təqdim olunan məlumatları da ehtiva edə bilər. Şirkət, o cümlədən, istifadəçidən şəxsiyyətini təsdiq edən sənədin və ya istifadəçinin adını, soyadını, şəklini əks etdirən digər sənədin surətini, habelə Şirkətin mülahizəsinə əsasən, belə İstifadəçinin eyniləşdirilməsi üçün zəruri və kifayət edəcək digər əlavə məlumatları tələb edə və üçüncü şəxslərin sui-istifadələrini və hüquqlarının pozulmasını aradan qaldıra bilər.

İstifadəçilər Şirkətin tədbirlərinə və fəaliyyətinə digər şəxsləri cəlb etdikdə və ya onları Şirkətlə ünsiyyətə dəvət etdikdə,Şirkət həmin şəxslərdən adı, soyadı, doğum tarixi, poçt ünvanı, elektron poçt ünvanı və telefon nömrəsi qismində məlumatların təqdim edilməsini tələb edə bilər.

3. M əlumatların saxlanması və istifadə edilməsi


İstifadəçilərin təqdim etdiyi məlumatlar yalnız elektron daşıyıcılarda saxlanılır və avtomatlaşdırılmış sistemlərdən istifadə etməklə emal edilir, yalnız məlumatların qeyri-avtomatlaşdırılmış emalının qanunvericiliyin tələblərinin yerinə yetirilməsi ilə əlaqədar zəruri olduğu hallar istisnalıq təşkil edir.



MƏLUMATLARDAN NECƏ İSTİFADƏ EDİRİK

İstifadəçilər tərəfindən təqdim edilmiş məlumatlar İstifadəçilərə yeni məhsullar, xüsusi təkliflər və müxtəlif hadisələr barədə məlumat verməyə imkan verir. Onlar həm də xidmətlərimizi, kontentimizi və məlumatlandırma tədbirlərimizi yaxşılaşdırmağa kömək edir. Əgər bizim poçtmesajları siyahımıza daxil edilmək istəmirsinizsə, istənilən vaxt bizə göstərilən əlaqə vasitəsilə rəy bildirməklə və həmçinin saytdakı profilinizin parametrlərində dəyişiklik etməklə poçt mesajlarından imtina edə bilərsiniz.

Biz sizin şəxsi məlumatlarınızdan vaxtaşırı olaraq bu Siyasətdə edilən dəyişikliklər barədə məlumatları əks etdirən, həmçinin sizin təqdim etdiyiniz sifarişləri və həyata keçirdiyiniz satınalmaları təsdiq edən mühüm bildirişləri göndərmək üçün istifadə edə bilərik. Belə məlumatlar şirkətlə qarşılıqlı əlaqələriniz baxımından vacib olduğu üçün, Siz bu cür mesajları almaqdan imtina edə bilməzsiniz.

Biz həmçinin daxili məqsədlər: şirkətin məhsul və xidmətlərinin yaxşılaşdırılması məqsədilə auditin aparılması, məlumatların təhlili və müxtəlif tədqiqatlar, eləcə də istehlakçılarla qarşılıqlı əlaqə üçün məlumatlardan istifadə edə bilərik.

Əgər siz mükafatların oynanılmasında, müsabiqədə və ya buna bənzər stimullaşdırıcı tədbirdə iştirak edirsinizsə, biz Sizin təqdim etdiyiniz məlumatlardan bu cür proqramların idarə olunması üçün istifadə etmək hüququnu özümüzdə saxlayırıq.

Biz həmçinin şəxsi olmayan məlumatları - onları hər hansı bir şəxslə birbaşa əlaqələndirməyə imkan verməyən məlumatları toplayırıq. Biz istənilən məqsəd üçün şəxsi olmayan məlumatları toplaya, istifadə edə, ötürə və açıqlaya bilərik. Aşağıda topladığımız şəxsi olmayan məlumatların nümunələri və ondan necə istifadə edə biləcəyimizə dairmisallar verilmişdir:

Biz, istehlakçıların davranışını daha yaxşı başa düşmək və məhsullarımızı, xidmətlərimizi və məlumatlandırma tədbirlərimizi yaxşılaşdırmaq üçün, məsələn: məşğuliyyət növləri, dil, poçt indeksi, qurğunun unikal identifikatoru, yeri vəbu və ya digər məhsulun istifadə edildiyi vaxt zonası haqqında məlumatları toplaya bilərik.

Biz həmçinin digər məhsul və xidmətlərimizdən istifadə edərkən İstifadəçinin bizim vebsaytımızda nə ilə maraqlandığı barədə məlumatları/informasiyanı toplaya bilərik. Bu cür məlumatlar/informasiya alıcılarımıza daha faydalı məlumatlar təqdim etməyə və onların saytımızın, məhsul və xidmətimizin hansı elementləri ilə maraqlandıqlarının anlaşılmasına kömək etmək məqsədilə toplanır və istifadə olunur.

4.
Məlumatların ötürülməsi

Bu Siyasətdə və qanunverciliklə birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, istifadəçilərin təqdim etdiyi məlumatları hər hansı üçüncü şəxsə ötürülmür.


Məlumatlar Şirkət tərəfindən yalnız istehlakçıları məhsul və xidmətlərlə təmin etmək, eləcə də bu məhsul və xidmətlərin, müvafiq məlumatlandırma tədbirlərinin yaxşılaşdırılması məqsədilə üçüncü şəxslərə açıqlanacaq. Bu cür məlumatlar onların marketinq məqsədləri üçün üçüncü tərəflərə təqdim edilməyəcək.

XİDMƏT TƏDARÜKÇÜLƏRİ

Şirkət məlumatın emal edilməsi, kreditlərin verilməsi, istehlakçı sifarişlərinin yerinə yetirilməsi, çatdırılma, istehlakçılara göstərilən digər xidmət növləri, sizin məhsullarımıza və xidmətlərimizə marağınızın müəyyən edilməsi, istehlakçılarımızın öyrənilməsi və ya xidmətin keyfiyyətinin təmin edilməsi üçün sorğuların keçirilməsi kimi xidmətlər göstərən şirkətlərə məlumatları/informasiyanı təqdim edir. Belə şirkətlər yerləşdikləri ölkədən asılı olmayaraq, sizin məlumatlarınızı qorumağı öz öhdələrinə götürürlər.

DİGƏR ŞƏXSLƏR

Şirkət – qanunvericiliklə əlaqədar olaraq, məhkəmə qaydasında, məhkəmə baxışında və/və ya ictimai sorğulara və ya dövlət orqanlarından olduğunuz ölkənin ərazisində və ya xaricində edilmiş sorğulara əsasən - sizin məlumatlarınızı açıqlaya bilər. Biz həmçinin milli təhlükəsizlik, asayişin qorunması və ya digər ictimai əhəmiyyətli hallarda belə açıqlanmanın zəruri və ya müvafiq olduğunu müəyyən edəriksə,haqqınızdakı məlumatları/informasiyanı açıqlaya bilərik.

Açıqlanmanın Əsasnamənin müddəalarının və şərtlərimizin yerinə yetirməsi və ya fəaliyyətimizin və istifadəçilərimizin qorunması üçün lazım olduğunu müəyyənləşdirdiyimiz təqdirdə, haqqınızdakı məlumatları/ informasiyanı açıqlaya bilərik. Bundan əlavə, şirkətin yenidən qurulması, birləşməsi və ya satılması hallarında, İstifadəçilər tərəfindən təqdim edilmiş məlumatların hər hansı birini və ya hamısını müvafiq üçüncü tərəfə ötürə bilərik.




5. Məlumatların ləğv edilməsi

İstifadəçinin təqdim etdiyi məlumatlar aşağıdakı hallarda məhv edilir:

- avtorizasiya zamanı Istifadəçi üçün əlçatan olan “texniki dəstəyin” funksional imkanlarından istifadə edilməklə, onun öz şəxsi səhifəsindən sorğu göndərildikdə;

- şəxsi məlumatların emal edilməsinə dair razılıq məlumatların subyekti tərəfindən istənilən formada geri alındıqda.


6.
Şəxsi məlumatların qorunması

Şirkət Sizin təqdim etdiyini məlumatların məhv edilməsi, dəyişdirilməsi, bloklanması, surətinin çıxarılması, yayılması cəhdlərindən mühafizə edilməsi, habelə üçüncü şəxslərin qeyri-qanuni və ya qeyri-qanuni hərəkətlərindən qorunması üçün ehtiyat tədbirləri görür.

Bəzi məhsullardan, xidmətlərdən və ya Şirkətin tətbiqlərindən istifadə etdikdə və ya forumlarda, çatlarda və ya sosial şəbəkələrdə qeydiyyatdan keçdikdə, Sizin təqdim etdiyiniz məlumatlar digər istifadəçilərə görünə bilər və onlar tərəfindən oxuna, toplana və ya istifadə oluna bilər. Siz təqdim etməyə üstünlük verdiyiniz bu məlumatlara görə bu hallarda özünüz məsuliyyət daşıyırsınız. Məsələn, forumda qeyd edilən adınızı və e-poçt ünvanınızı göstərsəniz, bu məlumat ictimaiyyətə açıq sayılacaq. Belə funksiyalardan istifadə etdiyiniz təqdirdə, ehtiyat tədbirlərinə riayət etməyinizi xahiş edirik.


MƏLUMATLARIN TAMLIĞI VƏ SAXLANMASI

Şirkətlə qarşılıqlı əlaqə çərçivəsində,Siz öz məlumatlarınızın və informasiyanızın asanlıqla aktual vəziyyətdə saxlanmasını dəstəkləyə bilərsiniz. Məlumatların və informasiyanın daha uzun müddət saxlanmasının qanunvericiliklə zəruri hesab olunduğu və ya onlara icazə verildiyi hallar istisna olmaqla, biz sizin məlumatlarınızı və informasiyanızı bu Məxfilik Siyasətində5 təsvir edilən məqsədlərin yerinə yetirilməsi üçün zəruri olan müddət ərzində saxlamağa davam edəcəyik.

Biz yetkinlik yaşına çatmayanların məlumatlarını istifadə etmirik. Əgər biz İstifadəçi tərəfindən yetkinlik yaşına çatmayanlar haqqında məlumatlar təqdim edildiyini müəyyən etsək, belə məlumatların maksimum qısa müddətdə silinməsi üçün tədbirlər görəcəyik.

Biz valideynlərə və yetkinlik yaşına çatmayanların nəzarətində olduğu digər şəxslərə (onların qanuni nümayəndələrinə — valideynlərinə, onları övladlığa götürənlərə və ya qəyyumlarına) yetkinlik yaşına çatmayanlar tərəfindən vebsaytların istifadə edilməsinə nəzarət etmələrini təkidlə tövsiyə edirik.



KƏNAR SAYTLAR VƏ XİDMƏTLƏR

Şirkətin vebsaytlarında, məhsullarında, proqramlarında və xidmətlərində üçüncü şəxslərin vebsaytlarına, məhsullarına və xidmətlərinə keçid linklərimövcud ola bilər. Bizim məhsul və xidmətlərimiz həmçinin üçüncü tərəflərin məhsul və ya xidmətlərindən istifadə edə və ya onları təklif edə bilər.

Məkan məlumatları və ya əlaqə məlumatları kimi informasiyaları ehtiva edən və üçüncü şəxslər tərəfindən toplanan məlumatlar və informasiya üçüncü şəxslərin məxfiliyin qorunması qaydaları ilə tənzimlənir. Belə üçüncü tərəflərin məxfiliyin qorunması ilə bağlı qaydalarını nəzərdən keçirməyinizi tövsiyə edirik.

Şirkət İnternetdən və ya saytın xidmətlərindən istifadə edilməsi nəticəsində istifadəçi haqqında məlumatlara əlçatanlıq əldə etmiş üçüncü şəxslərin hərəkətlərinə və saytın xüsusiyyətinə əsasən, İnternet şəbəkəsinin hər hansı istifadəçisi üçün əlçatan olan məlumatdan və informasiyadan istifadə edilməsinin nəticələrinə görə məsuliyyət daşımır.

ŞİRKƏT SƏVİYYƏSİNDƏ MƏXFİLİYİNİZİN QORUNMASI

Sizin məlumatlarınızın təhlükəsiz şəkildə qorunduğuna əmin olmaq üçün biz məxfilik və təhlükəsizlik normalarını Şirkətin işçilərinə çatdırırıq və Şirkət daxilində Məxfiliyin qorunması qaydalarına riayət edilməsinə ciddi şəkildə nəzarət edirik.

MƏXFİLİYİN QORUNMASI İLƏ BAĞLI SUALLAR

Əgər Şirkətin məxfilik siyasəti və ya Şirkətin məlumatlarının emal edilməsi ilə bağlı suallarınız varsa, Siz bununla bağlı bizimlə əlaqə saxlaya bilərsiniz.


7. İstifadəçilərin müraciətləri


Bu Məxfilik Siyasətinə və istifadəçi ilə Şirkət arasında olan münasibətlərə qüvvədə olan qanunvericilik tətbiq edilir.

İstifadəçilər Şirkətə öz sorğularını, o cümlədən onların məlumatlarının istifadəsinə dair sorğuları, bu Siyasətdə göstərilmiş ünvanda yazılı formada və ya qanunvericiliyə uyğun olaraq gücləndirilmiş elektron imza ilə imzalanmış elektron sənəd formasında göndərə bilərlər.

İstifadəçi tərəfindən göndərilən sorğu,Servis və Dəstək Xidmətinə müraciətlərin verilməsi Qaydaları ilə müəyyən edilmiş tələblərə cavab verməli, daha doğrusu, özündə aşağıdakıları əks etdirməlidir:

- Şirkət ilə münasibətlərdə İstifadəçinin iştirakını təsdiq edən


məlumatlar (o cümlədən, istifadəçinin İD sıra nömrəsi və ya İD sıra nömrəsini əvəz edən qısa (altdomen) adı);

- İstifadəçinin və ya onun nümayəndəsinin imzası;

- e-poçt ünvanı;

- əlaqə telefonu.


DİGƏR ŞƏRTLƏR

Öz şəxsi məlumatlarını və informasiyasını təqdim edən Şirkət saytıistifadəçisi bununla da bu Məxfilik Siyasətinin müddəaları ilə razılaşdığını qəbul edir.

Şirkət,Istifadəçinin razılığı olmadan istifadəçilər tərəfindən bildirilən şəxsi məlumatlara icazəsiz əlçatanlığın qarşısının alınması sisteminin daha da təkmilləşdirilməsi məqsədilə istənilən vaxt öz mülahizəsinə əsasən bu Məxfilik Siyasətinə hər hansı dəyişiklik etmək hüququnu özündə saxlayır. Biz bu Məxfilik Siyasətinə əhəmiyyətli dəyişikliklər etdikdə, Məxfilik Siyasətinin yenilənmiş versiyası ilə birlikdə saytımızda bununla bağlı müvafiq bildiriş yerləşdirilir.

Bu Siyasətin qüvvədə olması üçüncü şəxslərin hərəkətlərinə və Internet resurslarına şamil edilmir.